Gürcüstanda etiraz aksiyaları zamanı 150-dən çox polis əməkdaşı yaralanıb

DÜNYA
20:54 08.12.2024
193
Gürcüstanda etiraz aksiyaları zamanı 150-dən çox polis əməkdaşı yaralanıb.

Bunu bunu Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib.

"Etirazlarda zorakı qruplar "Molotov kokteylləri” adlanan pirotexniki vasitələrdən fəal şəkildə istifadə ediblər, onlar müxtəlif əşyalarla, o cümlədən dəmir və taxta dəyənəklərlə silahlanıblar”, - Daraxvelidze vurğulayıb.

Onun sözlərinə görə, parlamentin binası yaxınlığında baş vermiş iğtişaşlar zamanı 60-a yaxın mağaza sındırılıb və soyulub.
 
///report

OXŞAR XƏBƏRLƏR