Gürcüstanda beş gündür davam edən etiraz aksiyaları səngimək bilmir.
Aksiyaçılar bu gün saat 14:00-da Birinci Respublika meydanından Daxili İşlər Nazirliyinin binasına qədər avtomobil yürüşü edəcəklər. Saat 19:00-da etiraz aksiyası parlamentin binası qarşısında davam etdiriləcək.
Etirazçılar Daxili İşlər naziri Giorgi Qaxarianın istefasını, proporsional seçki sistemi üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsini və iyunun 20-də aksiyada saxlanılmış 305 nəfərin azadlığa buraxılmasını tələb edirlər.
Xatırladaq ki, Gürcüstanda kütləvi aksiyalara səbəb Rusiya Ali Dumasının deputatı Sergey Qavrilovun parlamentin spikeri İrakli Kobaxidzenin kürsüsündə əyləşməsi olub. Baş vermiş hadisələr fonunda Kobaxidze istefa verib.
Aksiya nəticəsində 240 nəfər xəsarət alıb, onlardan 80 nəfəri polis əməkdaşlarıdır.
qafqazinfo