Gürcüstanda iki Azərbaycan vətəndaşı itkin düşüb

Gürcüstanda iki Azərbaycan vətəndaşı itkin düşüb
DÜNYA
12:16 31.01.2022
311
Gürcüstanda iki nəfər Azərbaycan vətəndaşı itkin düşüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin 2021-ci il üzrə hesabatında bildirilib.

Sənədə əsasən, ötən il Gürcüstanda ümumilikdə 163 nəfər itkin düşüb ki, onların 112-si tapılıb, 51-nin axtarışları isə davam etdirilir.

İtkin düşənlərin 159-u Gürcüstan vətəndaşıdır ki, onların 12-nin meyti tapılıb. Moldovanın itkin düşmüş iki vətəndaşının da meyiti aşkarlanıb.
OXŞAR XƏBƏRLƏR