Gürcüstanda koronavirusa 1 653 yeni yoluxma qeydə alınıb

Gürcüstanda koronavirusa 1 653 yeni yoluxma qeydə alınıb
DÜNYA
10:21 16.07.2021
594
Gürcüstanda son sutkada koronavirusa 1 653 yeni yoluxma faktı qeydə alınıb, 466 nəfər müalicə olunaraq sağalıb, 13 pasiyent vəfat edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 384 387 nəfərin yoluxduğu müəyyən edilib, onların 362 957-si sağalıb, 5 516-sı ölüb.

Aktiv xəstə sayı 15 888 nəfərdir.
OXŞAR XƏBƏRLƏR