Gürcüstanda son sutkada koronavirusa 910 yeni yoluxma halı təsdiqlənib, 32 nəfər vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına yoluxanların sayı 1 626 282-yə, ölənlərin sayı isə 16 398-ə yüksəlib.
Son bir gündə 8 081, ümumilikdə isə 1 562 614 nəfər müalicə olunaraq sağalıb.