Gürcüstanda koronavirusa həftəlik yoluxma 10 mini ötüb

Gürcüstanda koronavirusa həftəlik yoluxma 10 mini ötüb
DÜNYA
18:47 26.07.2022
334
Gürcüstanda son həftə ərzində koronavirusa 10 253 yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

İyulun 18-dən 24-dək olan müddətdə daha 7 508 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər isə vəfat edib.

Hazırkı dövrədək Gürcüstanda COVID-19 infeksiyası 1 686 218 nəfərdə aşkarlanıb. Onların 1 658 189-u sağalıb, 16 859-u ölüb.
OXŞAR XƏBƏRLƏR