Gürcüstanda daha 6 nəfərin koronavirusa yoluxması təsdiqlənib.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 306 nəfərə çatıb. Onların 69-u sağalıb, 3-ü isə ölüb.
Karantində 4 990, stasionar nəzarətdə isə 462 nəfər saxlanılır.
///Report