Gürcüstanda koronavirusa yoluxanların sayı 308 mini ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 308 mini ötüb
DÜNYA
12:50 29.04.2021
455
Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1433 yoluxma halı qeydə alınıb, 18 nəfər ölüb.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 308 834, xəstəlikdən ölənlərin sayı isə 4 095 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 289 976 nəfərin sağaldığı bildirilir.
OXŞAR XƏBƏRLƏR