Gürcüstanda koronavirusa yoluxanların sayı 4 033 nəfər artdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 4 033 nəfər artdı
DÜNYA
11:14 02.12.2020
539
Gürcüstanda son sutkada daha 4 033 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 4 061 nəfər sağalaraq evə buraxılıb, 39 pasiyent isə vəfat edib.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkə üzrə COVID-19-a 143 376 yoluxma halı təsdiqlənib. Yoluxanların 121 621-i sağalıb, 1 342-si isə ölüb.
OXŞAR XƏBƏRLƏR