Gürcüstanda koronavirusa yoluxanların sayı 900-ü ötdü

Gürcüstanda koronavirusa yoluxanların sayı 900-ü ötdü
DÜNYA
10:52 21.06.2020
796
Gürcüstanda son sutka ərzində koronavirusa 8 yeni yoluxma halı təsdiqlənib.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da, qonşu ölkədə COVID-19-a yoluxanların sayı 906-ya çatıb. Onların 755-i sağalıb, 14-ü isə vəfat edib. Aktiv koronavirus xəstələrinin sayı 137 nəfər təşkil edir.

Hazırda ölkə üzrə karantində 2 710, stasionar nəzarətdə isə 269 nəfər saxlanılır.
OXŞAR XƏBƏRLƏR