Gürcüstanda koronavirusa yoluxanların sayı 911-ə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 911-ə çatdı
DÜNYA
10:54 23.06.2020
852

Gürcüstanda son sutka ərzində koronavirusa 3 yeni yoluxma halı təsdiqlənib.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

 

Bununla da, qonşu ölkədə COVID-19-a yoluxanların sayı 911-ə çatıb. Onların 761-i sağalıb, 14-ü isə vəfat edib.

Hazırda ölkə üzrə karantində 2 662, stasionar nəzarətdə isə 255 nəfər saxlanılır.

 
///Report
OXŞAR XƏBƏRLƏR