Gürcüstanda koronavirusa yoluxan daha 4 nəfər sağalıb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-dan sağalan pasiyentlərin sayı 111-ə çatıb.
Hazırda ölkə üzrə karantində 5 223, stasionar nəzarətdə isə 584 nəfər saxlanılır.
Qeyd edək ki, indiyədək qonşu ölkədə koronavirusa 420 nəfər yoluxub, onların 5-i ölüb. Gürcüstanda Türkiyə və Ermənistandan ölkəyə çatdırılan üç vətəndaş da koronavirusdan müalicə olunur.
///Report