Gürcüstanda məhdudiyyətlərin yenidən tətbiqi gözlənilir

Gürcüstanda məhdudiyyətlərin yenidən tətbiqi gözlənilir
DÜNYA
18:59 15.07.2021
1059
"Gürcüstanda yaranmış epidemioloji vəziyyətlə bağlı müəyyən məhdudiyyətlərin tətbiq olunacağı istisna edilmir”.

Bunu ölkənin səhiyyə naziri Ekaterine Tikaradze "İmedi” telekanalına müsahibəsində deyib.

O, hansı məhdudiyyətlərin nəzərdən keçirildiyini dəqiqləşdirməyib.

Nazir müavini Tamar Qabuniya isə öz növbəsində bildirib ki, məhdudiyyətlər əyləncəli tədbirlərlə bağlı ola bilər: "Epidemioloji vəziyyət pisləşir, infeksiya sürətlə yayılır və fəal müdaxilə olmadan temp azalmayacaq”.
 
///Report
OXŞAR XƏBƏRLƏR