Gürcüstanın Duşeti bələdiyyəsində mikroavtobus 80 metrə yaxın hündürlükdən dərəyə aşıb.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
İlkin məlumatlara əsasən, qəza nəticəsində 12 nəfər ölüb, 3 nəfər isə ağır xəsarətlər alıb.
Avtomobildə olan digər sərnişinlərin axtarışı və xilas olunması üzrə əməliyyat davam etdirilir.
Faktla bağlı istintaqa başlanılıb