Gürcüstanda müxalifət bu qanunun ləğvi üçün məhkəməyə müraciət etdi

Gürcüstanda müxalifət bu qanunun ləğvi üçün məhkəməyə müraciət etdi
DÜNYA
14:59 29.07.2024
130
Gürcüstanda müxalifət "Xarici təsirin şəffaflığı” qanununun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvilinin ardınca bəzi müxalifət partiyaları da "Xarici təsirin şəffaflığı” qanununun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət ediblər. 
 
Digər tərəfdən, hakim Gürcü Arzusu Partiyasının deputatı Givi Mikanadze partiyanın ofisində keçirdiyi mətbuat konfransında qanuna qarşı ərizə verilməsini dəyərləndirib.
 
Mikanadze bəyan edib ki, qanunun ləğvi üçün Konstitusiya Məhkəməsinə prezident Zurabişvili və müxalifət partiyalarından 121 qeyri-hökumət təşkilatı (QHT) müraciət edib. 

Mikanadze bildirib ki, sözügedən QHT-lərin 79 faizi illik xərc hesabatı dərc etmir, bəzilərinin isə hətta rəsmi internet saytı yoxdur: "Bu, bir daha göstərir ki, bu sektorda vəziyyət nə qədər ciddidir və sektor şəffaf deyil".
 
Mikanadze iddia edib ki, qanunun ləğvi üçün petisiya verən QHT-lər şəffaf fəaliyyət göstərmirlər. 

Qeyd edək ki, aprel ayında Gürcüstan parlamentinə "Xarici təsirin şəffaflığı” qanun layihəsi təqdim edildikdən sonra ölkədə nümayişlər başlayıb. Hüquqi tənzimləmə Gürcüstanda vəsaitlərinin 20 faizindən çoxunu xaricdən alan təşkilatların "xarici gücün maraqlarını güdən təşkilatlar” kimi qeydiyyatdan keçməsini tələb edir, əks halda onları cərimə gözləyir.

Mikayıl
OXŞAR XƏBƏRLƏR