Gürcüstanda polis əməkdaşı həmkarını qətlə yetirib

Gürcüstanda polis əməkdaşı həmkarını qətlə yetirib
DÜNYA
05:31 06.11.2021
431
Gürcüstanın Xobi bələdiyyəsinin Çaladidi kəndində polis bölməsində qətl hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, polis əməkdaşı həmkarına odlu silahdan 14 dəfə atəş açaraq onu öldürüb.

Hər iki polis əməkdaşı növbədə olub. İnsidentdən öncə onların mübahisə etdikləri bildirilir.

Hadisə ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi hələ məlumat yaymayıb. Qətli törədən şəxsin saxlanılıb-saxlanılmadığı məlum deyil.

OXŞAR XƏBƏRLƏR