Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 5 697 yoluxma halı qeydə alınıb, 54 nəfər ölüb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatına qeyd olunub.
Son yoluxma nəticələrinə görə Gürcüstanda koronavirusa yoluxanların sayı 455 846, ölənlərin sayı isə 6 182 nəfərə çatıb. Virusa yoluxanlardan 406 475 nəfərin sağaldığı bildirilir.
Günel