Gürcüstanda seçki saxtakarlığına görə etiraz aksiyası keçirilir

DÜNYA
16:40 03.02.2025
153
Gürcüstanda hökumət əleyhinə etirazlar yenidən alovlanıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Tbilisidə keçirilən genişmiqyaslı nümayiş zamanı müxalifət lideri Nika Melia və Tbilisinin keçmiş meri Gigi Uqulava da daxil olmaqla xeyli adam saxlanılıb.

Etirazçılar hakim Gürcü Arzusu Partiyasını seçki saxtakarlığında ittiham edib və hökumətin Avropa Birliyinə üzv olmaq cəhdini gecikdirməklə ölkəni Rusiyaya yaxınlaşdırmağa çalışdığını iddia ediblər.

Gürcüstan polisi nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
 
Etirazların yenidən başlaması ötən həftə Brüsseldə repressiv qanunlara görə gürcü diplomatları və rəsmiləri üçün Aİ-yə vizasız gediş-gəlişi dayandırması olub.

Qeyd edək ki 2024-cü ilin noyabrında Gürcüstanda başlayan etirazlar dalğası zamanı polis nümayişçiləri sıxışdırıb və 400-dən çox insanı həbs edib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR