Gürcüstanda zəlzələ baş verib
Bu barədə məlumatı Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi yayıb.
Məlumata görə, yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 14:50-də baş verib. Zəlzələnin episentri Raça-Leçxumi bölgəsinin Oni şəhərindən 7 kilometr cənub-şərqdə, İri kəndi ərazisində yerləşib.
Yeraltı təkanların maqnitudası 3,1 bal (ML) təşkil edib.
Hazırda zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan tələfatı barədə məlumat verilməyib.
//report