Gürcüstandan dəhşətli xəbər gəldi: Ölkə matəm elan etdi

Gürcüstandan dəhşətli xəbər gəldi: Ölkə matəm elan etdi
DÜNYA
22:10 29.07.2022
594
Gürcüstanda iyulun 30-u matəm günü elan olunub.

AZXEBER.COM Oxu24.com-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili müvafiq qərar imzalayıb.

Qərara əsasən, sabah Qudauri dağ kurortu ərazisində Sərhəd Polisinə məxsus helikopterin qəzaya uğraması nəticəsində həlak olan 8 nəfərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində dövlət bayraqları endiriləcək.

Hökumət başçısı həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
OXŞAR XƏBƏRLƏR