Gürcüstandan Makrona sərt cavab: Nüvə silahına sahib bir ölkənin...

Gürcüstandan Makrona sərt cavab: Nüvə silahına sahib bir ölkənin...
DÜNYA
17:39 08.01.2025
358
Fransa Prezidenti Emmanuel Makron Gürcüstandaki proseslərə, o cümlədən 26 oktyabrda baş tutan seçkilərə toxunub və tənqidi mesajlar verib.

AZXEBER.COM Gürcüstan mediasına istinadən xəbər verir ki, Fransa Prezidenti Gürcüstandaki seçkilərə Rusiyanın müdaxilə etdiyini bildirib və seçki qutularına bülletenlərin atıldığını söyləyib.
 
Makron buna görə Rusiyanı da ittiham edib: "Son illərdə Rusiya qonşularına qarşı daha aqressiv olub və bunu Gürcüstanda gördük".
 
Gürcüstan mediasının iddiasına görə, Emmanuel Makron Marneulinin Sadaxlı kəndində 69 saylı seçki məntəqəsinə Marneuli Bələdiyyə Məclisi sədrinin istefaya göndərilmiş keçmiş müavini Rövşən İskəndərovun seçki qutusuna bülleten atmasına adını hallandırmadan işarə edib.

Makronun sözügedən bəyanatına Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili geniş bəyanatla reaksiya verib. Spiker həmçinin bəyanatında Marneulinin Sadaxlı kəndində baş verənlərə də toxunub və Rövşən İskəndərovun adını dilə gətirmədən törətdiyi əməli "gülməli" və "ağlasığmaz hərəkət" adlandırıb.

Şalva Papuaşvili Makronun sözlərinə belə cavab verib:

"Bülletenlərin atılmasına gəlincə, ümumiyyətlə, nə barədə danışırıq? Belə bir absurd və yalan narrativin nüvə silahına sahib bir ölkənin prezidentinin çıxış mətnlərində yer alması necə mümkündür? Biz Marneulidə gülməli və qəribə bir hadisə gördük. Kameraların qarşısında bir insan ağlasığmaz bir hərəkət etdi. Həmin şəxs həbs olundu və cinayətin araşdırması davam edir. İndi isə bu məsələ Fransa prezidentinin çıxış mətnlərində yer alırsa, bunun arxasında ya qəsdən pis niyyətlər var, ya da bunu hazırlayanların tam qeyri-peşəkarlardır".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pentaqon rəhbəri işdən çıxarılacağından ehtiyatlanır
18:25 25.04.2025
Pentaqon rəhbəri işdən çıxarılacağından ehtiyatlanır
Uitkoff Aİ və Ukraynaya nizamlama planını təqdim edib
18:14 25.04.2025
Uitkoff Aİ və Ukraynaya nizamlama planını təqdim edib
Prezident Bakı şəhərində keçiriləcək WUF13-ə milli koordinator təyin edib
17:57 25.04.2025
Prezident Bakı şəhərində keçiriləcək WUF13-ə milli koordinator təyin edib
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
17:46 25.04.2025
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
Unibank ağacəkmə aksiyasında iştirak edib - FOTOLAR
17:36 25.04.2025
Unibank ağacəkmə aksiyasında iştirak edib - FOTOLAR
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
17:29 25.04.2025
Növbəti üç gündə bəzi rayonlara leysan yağacaq - XƏBƏRDARLIQ
Rəsmi Bakı: Ermənistan və Fransa Azərbaycan bayrağını yandırmış şəxsləri məsuliyyətə cəlb etməlidir
17:27 25.04.2025
Rəsmi Bakı: Ermənistan və Fransa Azərbaycan bayrağını yandırmış şəxsləri məsuliyyətə cəlb etməlidir
Bədənşəkilləndirmə əməliyyatı edən qadınlara münasibətiniz necədir? - VİDEOSORĞU
17:19 25.04.2025
Bədənşəkilləndirmə əməliyyatı edən qadınlara münasibətiniz necədir? - VİDEOSORĞU
Azərbaycanda məşhur aparıcının başına iş gəldi: Həmkarı çağırış etdi - VİDEO
17:11 25.04.2025
Azərbaycanda məşhur aparıcının başına iş gəldi: Həmkarı çağırış etdi - VİDEO
Prezidentin Çin səfərinin tarixi əhəmiyyəti - İki ölkəni birləşdirən ortaq maraq
17:08 25.04.2025
Prezidentin Çin səfərinin tarixi əhəmiyyəti - İki ölkəni birləşdirən ortaq maraq
Qızılın qiyməti artdıqca zənginləşən ölkələr - SİYAHI
16:58 25.04.2025
Qızılın qiyməti artdıqca zənginləşən ölkələr - SİYAHI
“JTI” şirkəti Azərbaycanda “Ploom” cihazını təqdim edir
16:48 25.04.2025
“JTI” şirkəti Azərbaycanda “Ploom” cihazını təqdim edir
"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO
16:45 25.04.2025
"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO
Əvəz Zeynallı azadlığa buraxıldı
16:30 25.04.2025
Əvəz Zeynallı azadlığa buraxıldı
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
16:25 25.04.2025
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakıda itkin düşən qızlar 9 gündür tapılmır -  Ümid azalır
16:20 25.04.2025
Bakıda itkin düşən qızlar 9 gündür tapılmır - Ümid azalır