Gürcüstanın azərbaycanlı meri vəzifəsini tərk edib

Gürcüstanın azərbaycanlı meri vəzifəsini tərk edib
SİYASƏT
19:07 01.09.2020
1043

Gürcüstanda deputatlığa namizəd olan Marneuli rayonunun meri Zaur Darğallı vəzifəsini tərk edib.

"Report”un yerli bürosu xəbər verir ki, buna səbəb bu gündən seçkiöncəsi 60 günlük təbliğat-təşviqat kampaniyasının başlamasıdır.

Merin səlahiyyətlərini onun müavinlərindən biri icra edəcək.

Z.Darğallı bu gündən seçicilərlə görüşlərə start verib. 

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-nə təyin olunub. Z.Darğallı majoritar deputatlıq mandatı uğrunda Marneuli-Qardabani dairəsi üzrə mübarizə aparacaq.

OXŞAR XƏBƏRLƏR