Gürcüstanın Bolnisi rayonunda azərbaycanlıların yaşadığı Muşevani (Dəllər) kəndində koronavirusa yeni yoluxma halları təsdiqlənib.
AZXEBER.COM-un "Report"un yerli bürosuna istinadən xəbər verir ki, bu barədə rayon bələdiyyəsindən bildirilib.
Sərt karantin rejiminin tətbiq olunduğu kənddən iki gün öncə 21 sakinin bioloji materialı Tbilisiyə laboratoriyaya göndərilib.
Dörd nəfərin COVID-19-la bağlı testinin nəticəsi pozitiv çıxıb. Həmin şəxslər özünütəcrid rejimində olublar.
Qeyd edək ki, bu günə qədər Gürcüstanda koronavirusa 851 nəfər yoluxub. Onların 703-ü sağalıb, 14-ü isə vəfat edib.