Gürcüstanın baş epidemioloqu ölkədəki vəziyyəti qiymətləndirib

Gürcüstanın baş epidemioloqu ölkədəki vəziyyəti qiymətləndirib
DÜNYA
14:37 10.09.2020
645
"Gürcüstanda koronavirusa yoluxma hallarında artımın olmasına baxmayaraq, hazırkı epidemioloji vəziyyət nəzarət altındadır”.

Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib.

O, səhiyyə sisteminin artan yoluxma hallarının öhdəsindən yaxşı gəldiyini deyib: "Biz yeni yoluxan insanları asanlıqla müəyyən edərək onları karantinə alırıq”.

Baş epidemioloq vəziyyətin nəzarət altından çıxmaması üçün əhalinin dəstəyinə ehtiyac olduğunu qeyd edib: "Dövlət, həkimlər və əhali tövsiyələrin yerinə yetirilməsi ilə bağlı birgə iş aparmalıdır”.

///Report
OXŞAR XƏBƏRLƏR