Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Marneuliyə səfər edib.
AZXEBER.COM xəbər verir ki, o, Marneuli meriyasının Novruz bayramı münasibətilə təşkil etdiyi tədbirə qatılıb.
Hökumət başçısı soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik edib.
O, etnik azərbaycanlılara və müsəlman həmvətəndaşlara cansağlığı, sülh və tərəqqi arzulayıb.
İ.Qaribaşvili müsəlman icmasının Gürcüstan cəmiyyətinin ayrılmaz hissəsi olduğunu bildirib: "Biz həmişə bir yerdə olmuşuq və ölkəmizin ümumi tarixini yaradırıq. Hökumət adından etnik azərbaycanlılara və hər bir müsəlmana dövlət quruculuğuna verdikləri töhfəyə görə təşəkkür etmək istəyirəm”.