Gürcüstanın baş naziri Rövnəq Abdullayevlə görüşdü

SİYASƏT
00:50 27.07.2015
1196
Gürcüstanın baş naziri İrakli Qaribaşvili iyulun 26-da ARDNŞ-in prezidenti Rövnəq Abdullayevlə görüşüb.AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, bu barədə Gürcüstan hökuməti administrasiyasının mətbuat xidmətindən bildirilib.Məlumata görə, görüşdə cari investisiya məsələləri mövzusunda müzakirələr aparılıb.İ. Qaribaşvili Gürcüstan hökumətinin ARDNŞ-in Gürcüstandakı investisiya fəaliyyətini yüksək qiymətləndirdiyini qeyd edib."Görüşdə Gürcüstan və Azərbaycan ölkələrarası əməkdaşlığın dərinləşməsi üçün hazır olduğunu bir daha təsdiqləyib”, - deyə hökumət administrasiyadan bildirilib.
OXŞAR XƏBƏRLƏR