"Biz regiondakı vəziyyəti müzakirə etdik. Ukraynadakı vəziyyət də müzakirə edildi".
Bu fikirləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.
"Buaradakı risklər, çağırışlar mövcuddur. Elə çağırışlar ki, onlar İkinci Dünya müharibəsindən sonra mövcud deyildi. Bizim başlıca amalımız sülh və sabitliyin təmin edilməsidir. Çünki bunlar olmasa heç bir inkişaf və firavanlıqdan söhbət gedə bilməz", - Gürcüstanın Baş naziri qeyd edib.