Gürcüstanın cənubunda 4,1 maqnitudada zəlzələ olub

DÜNYA
10:29 07.09.2024
196
Gürcüstanın cənubundakı Kvemo Kartli bölgəsinin Dmanisi şəhərində 4,1 bal maqnitudada zəlzələ baş verib.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Tbilisidən 49 km aralıda, zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.
OXŞAR XƏBƏRLƏR