Gürcüstanın əslən azərbaycanlı olan qadın boksçusu Rahibə İsmayılova Yunanıstanda keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb.
AZXEBER.COM Report-a istiadən xəbər verir ki, o, 48 kq çəki dərəcəsində finalda yunan rəqibi Atina Avramidaya qalib gələrək çempion olub.
Ümumilikdə isə Gürcüstanın qadınlardan ibarət komandası beynəlxalq turnirdə 3 medal qazanıb. 75 kq çəki dərəcəsində Tatia Bukia gümüş, 60 kq çəkidə isə Lana Bolkvadze bürünc medal əldə ediblər.