Gürcüstanın ilk qadın rəhbəri: Zurabişvilini prezidentliyə aparan yol - ARAYIŞ

Gürcüstanın ilk qadın rəhbəri: Zurabişvilini prezidentliyə aparan yol - ARAYIŞ
SOSİAL
13:22 29.11.2018
3178
Xəbər verdiymiz kimi, ötən gün Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda hakim "Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi xanım namizəd Salome Zurabişvili qalib gəlib. Zurabişvili 59,61 faiz səs toplayıb. Onun lehinə 1 milyon 143 min 111 nəfər səs verib.
"Vahid Milli Hərəkat” partiyasının və "Güc birlikdədir” müxalifət blokunun dəstəklədiyi Qriqol Vaşadze isə 40,39 faiz səs toplayıb. Onu 774 min 468 seçici dəstəkləyib.

AZXEBER.COM Azvision.az-a istinadən xəbər verir ki, Salome Zurabişvili 1952-ci il martın 18-də Parisdə 1921-ci ildə Gürcüstanı tərk etmək məcburiyyətində olan gürcü siyasi mühacirlər Levan Zurabişvili və Zeynəb Kedianın ailəsində anadan olub. Onun ata babası İvan İvanoviç Zurabişvili 1918 və 1921-ci illərdə müstəqil Gürcüstanın menşevik hökumətində təmsil olunub. Ulu babası Niko Nikoladze isə Gürcüstan dəmir yolunun tikintisinin təşəbbüskarı və Potidə dəniz limanının yaradıcısı olub.



1972-ci ildə Salome Zurabişvili Paris Siyasi Elmlər İnstitutunu, 1973-cü ildə Kolumbiya Universitetini, 1981-ci ildə isə Parisin Milli Təhsil məktəbini bitirib. Növbəti ildə Fransa Xarici İşlər Nazirliyində işləməyə başlayıb. 1974-1977-ci illərdə Fransanın İtaliyadakı səfirliyinin üçüncü katibi, 1977-1980-ci illərdə Fransanın BMT-dəki daimi missiyasının ikinci katibi vəzifəsinə təyinat alıb. 1980-ci ildən 1984-ci ilədək XİN-nin mərkəzi aparatının təhlil və proqnozlaşdırma mərkəzinin əməkdaşı olub. Daha sonra Fransanın Amerikadakı səfirliyində birinci katib, Çad Respublikasında Fransa səfirlyinin ikinci katibi postunu tutub. Bütövlükdə isə ömrünün son 30 ilini xanım siyasətçi Fransa XİN-də müxtəlif vəzifələrdə işləyib. 2001-ci ildə Fransanın milli müdafiə strategiyası və beynəlxalq məsələlər üzrə Baş Katibliyinin rəhbəri təyin olunub. 



İki il sonra Zurabişvili Fransanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri olub. Gürcüstanda qızıl gül inqilabı baş tutanda isə xanım siyasətçini Saakaşvili öz hökumətində xarici işlər naziri təyin edib. Həmin vaxt Fransa pasportunu özündə saxlayan Zurabişvili Gürcüstan vətəndaşlığı da alıb. Gürcüstanda xarici işlər naziri olduğu müddətdə adı Rusiyanın Gürcüstandakı rus hərbi bazalarının geri çəkilməsi ilə əlaqələndirilib. Rusiya hərbi bazalarının Gürcüstanı tərk etməsi haqqında sənəddə məhz onun imzası var. 



Lakin iki siyasətçi arasında dostluq münasibəti uzun çəkməyib. 2005-ci ilin oktyabrında vəzifədən uzaqlaşdırılan Zurabişvili minlərlə insanın toplaşdığı mitinqdə Saakaşvili əleyhinə çıxışlar edib. 2005-ci ildən 2010-cu ilə qədər o, fəal şəkildə Saakaşvili hakimiyyətinə qarşı çıxış, amma ciddi müxalifət lideri kimi yadda qalmayıb. 2010-cu ildə Zurabişvili təkcə özünün "Gürcüstanın yolu” partiyasının sədri vəzifəsini deyil, həm də ümumiyyətlə Gürcüstanı tərk edib.



2010-ci ildə Zurabişvili İvanişvilinin Saakaşviliyə qarşı "Gürcü arzusu” koalisiyasını dəstəkləsə də, onun üzvü olmayıb. Zurabişvili daha sonra BMT-nin İrandakı vəziyyət üzrə monitorinqinin ekspert qrupuna daxil olub. O, 2013-cü ildə prezident seçkilərində iştirak etmək istəyib, amma ikili vətəndaşlığa görə onu qeydiyyata almaqdan imtina ediblər.



2016-cı ildə keçirilən parlament seçkilərində Tbilisidəki majoritar dairələrdən birində müstəqil namizəd kimi iştirak edən Zurabişvili hakim partiyanın dəstəyilə parlamentə seçilib. Zurabişvili Fransa respublikasının şərəf ordeni ilə təltif edilib. O, fransız Fəxri Legion Ordeninin kavaleridir. Fransız və gürcü dilləri ilə yanaşı rus, ingilis, alman və italyan dilini bilir. 

Fransada siyasi sığınacaq alan keçmiş sovet dissidenti və jurnalist Janri Kaşi xanım siyasətçinin həyat yoldaşıdır. Onların iki övladı var: oğlu Teymuraz və qızı Ketevanı.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
10:22 16.09.2025
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
Narkokuryer həbs olundu
09:57 16.09.2025
Narkokuryer həbs olundu
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı
09:45 16.09.2025
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı