Gürcüstanın Kulevi terminalında iki yeni qaz anbarının açılışı olub

Gürcüstanın Kulevi terminalında iki yeni qaz anbarının açılışı olub
SOSİAL
12:15 28.09.2016
1146
Sentyabrın 28-də Gürcüstanın Poti şəhərinin Kulevi terminalında ikinci, əlavə təbii qaz anbarının açılışı olub.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, açılış mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Dimitri Kumsişvili, energetika naziri İlya Eloşvili, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn, Batumidəki Baş konsulu Rəşad İsmayılov, "SOCAR Georcia" şirkətinin prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimdə bildirilib ki, tikintisinə 2015-ci ildə başlanılmış terminalda ümumi həcmi 60 000 kubmetr olan 6 çən var. Bu terminal Xəzər dənizi regionundan ixrac olunan neft-qaz məhsullarının qəbulu, saxlanılması və nəqli üçün geniş imkanlar yaradacaq. Terminalın illik gücü ildə 1 500 000 kubmetrdir.

Burada inşa olunan altıncı qaz terminalı isə ümumi həcmi 12 000 kubmetr olan 5 çəndən ibarətdir. Bu çənlərdən ikisi 3000 kubmetr, üçü isə 2000 kubmetrlikdir. Bu çənlər izopropil spirti, mazut və sənaye yağı üçün nəzərdə tutulub.

Rövnəq Abdullayev, Dimitri Kumsişvili və İlya Eloşvili açılışı bildirən düyməni işə salıblar.

R.Abdullayev jurnalistlərə müsahibəsində deyib ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına xeyli sərmayə qoyub. Bu sərmayələr və bu gün açılan terminal iki dost və qardaş ölkənin strateji tərəfdaşlığının daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Azərbaycan Gürcüstanda bu terminal Xəzər dənizi regionunda əldə olunan neft-qaz məhsullarının daşınması imkanlarını genişləndirəcəkdir.

D.Kumsişvili Azərbaycan investisiyası hesabına tikilən terminalın hər iki ölkə üçün böyük gəlirlər gətirəcəyini bildirib.

Energetika naziri İ.Eloşvilinin sözlərinə görə, Azərbaycanın köməkliyi ilə Gürcüstanda həyata keçirilən layihələr neft və qaz məhsulları satışının həcminin artırılmasında mühüm rol oynayacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
00:23 07.03.2026
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
00:22 07.03.2026
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
00:12 07.03.2026
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
00:05 07.03.2026
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
23:55 06.03.2026
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
23:44 06.03.2026
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
23:42 06.03.2026
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
23:39 06.03.2026
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
23:24 06.03.2026
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
22:39 06.03.2026
Polşa İranın Azərbaycana PUA hücumunu qətiyyətlə pisləyib
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR
22:29 06.03.2026
Axşam saatlarında İrandan Azərbaycana 210 nəfərin təxliyəsi həyata keçirilib - FOTOLAR