Gürcüstanın qərbində neft daşıyan qatarın vaqonları relsdən çıxıb

Gürcüstanın qərbində neft daşıyan qatarın vaqonları relsdən çıxıb
DÜNYA
16:43 12.11.2013
1164

Gürcüstanın qərbində dəmiryol qəzası baş verib.

Gürcüstan DİN Fövqəladə Hallar Departamentindən bildiriblər ki, Maranii kəndi (İmereti regionu) yaxınlığında neftlə dolu qatarın iki vaqonu relsdən çıxıb.

Neft dəmiryolun kənarına dağılıb və yanğın baş verib.

Hadisə yerinə mütəxəssislər və yanğını söndürməyə çalışan xilasedicilər səfərbər ediliblər.

Bir neçə saat ərzində dəmiryolda hərəkət dayanıb. Hazırda hərəkət bərpa edilib.

Neft daşıyan qatarın kimə məxsus olduğu və ekologiyaya dəyən ziyanın həcmi dəqiqləşdirilir. Departamentin nümayəndələri neft dağılması az olduğuna görə ziyanın minimal olduğunu bildirirlər.(TREND)

OXŞAR XƏBƏRLƏR