Gürcüstanın Seçki Məcəlləsinə düzəlişlər qəbul olundu

Gürcüstanın Seçki Məcəlləsinə düzəlişlər qəbul olundu
DÜNYA
21:21 28.06.2021
1188
Gürcüstan parlamentinin bugünkü növbədənkənar iclasında seçki islahatları ilə bağlı qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, sənədi 86 deputat dəstəkləyib, 3 nəfər isə əleyhinə səs verib.

Müxalif "Vahid Milli Hərəkat Partiyası - Güc birlikdədir” və "Lelo” fraksiyaları islahatları dəstəkləməyib.

Seçki Məcəlləsinə edilən əsas düzəlişlərə görə, Mərkəzi Seçki Komissiyasının tərkibi yeni qayda ilə təşkil olunacaq, səsvermədə elektron texnologiyalar tətbiq ediləcək, təbliğat-təşviqat kampaniyasında inzibati resursların istifadəsi qadağan olunacaq.
OXŞAR XƏBƏRLƏR