Gürcüstanın XİN başçısının Azərbaycana səfər proqramı açıqlandı

Gürcüstanın XİN başçısının Azərbaycana səfər proqramı açıqlandı
SİYASƏT
10:28 18.02.2021
424
Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani 18-19 fevral tarixində Azərbaycana rəsmi səfər edəcək.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, XİN başçısı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

D.Zalkaliani həmçinin üçtərəfli formatda görüş çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə də görüş keçirəcək.

XİN-dən qeyd olunub ki, Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının üçtərəfli formatı uğurlu regional əməkdaşlıq mexanizmidir.
 
///Report
OXŞAR XƏBƏRLƏR