Gürcüstanlı həmkarı Zakir Həsənova zəng etdi

Gürcüstanlı həmkarı Zakir Həsənova zəng etdi
SİYASƏT
20:40 05.03.2026
189
Gürcüstanın müdafiə naziri İrakli Çikovaninin təşəbbüsü ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla telefon danışığı olub. 

AZXEBER.COM xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər, ölkələrimiz arasında əlaqələr, regiondakı cari vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

"Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub”, -  deyə məlumatda qeyd edilib.
OXŞAR XƏBƏRLƏR