“Milan” klubunun gürcü müdafiəçisi Kaxa Kaladzenin şərəfinə vida matçı təşkil olunub. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Kaxa da daxil olmaqla “Milan”ın ulduzlardan ibarət yığması Kaladzenin dostlarinı 3:1 hesabı ilə məğlub ediblər.“Milan”ın ulduzları: Rossi, Şimiç, Barezi, Kaladze, Maldini, Oddo, Flamini, Pirlo, Serjinyo, İnzagi, Şevçenko.Kaladzenin dostlarına isə Şovkovski, Vaşuk, Fabio, Kannovaro, Qrosso, Fernando Koutu, Kobiaşvili, İaşvili, Mudjili, Demetradze, Toni, Arveladze daxildir.Qeyd edək ki, Kaxa Kaladze hal-hazırda Gürcüstanın energetika naziridir.