Göyçaya bayrama gedən ailə qəzaya düşdü: ölən və yaralılar var

Göyçaya bayrama gedən ailə qəzaya düşdü: ölən və yaralılar var
SOSİAL
14:15 05.11.2016
3729

 

İsmayıllı rayonunda iki nəfərin ölümü, iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın xəbərinə görə, hadisə Şamaxı-İsmayıllı yolunda qeydə alınıb.
 
Bakının Xətai rayon sakini, 1976-cı il təvəllüdlü Salmanov Samir Cümşüd oğlunun idarə etdiyi 99-FH-679 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü Samir Salmanov və qızı, 2001-ci il təvəllüdlü Salmanova Rəhimə Samir qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisə zamanı sürücünün həyat yoldaşı, 1980-ci il təvəllüdlü Salmanova Elnarə Xəlil qızı və anası, 1948-cı il təvəllüdlü Amaliya Salmanova aldıqları ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

Məlumata görə, ailə üzvləri bu gün keçiriləcək Nar bayramında iştirak etmək üçün Bakıdan Göyçay rayonuna gedirdilər.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR