Göyçayda bədbəxt hadisə - Körpə qaynar süd qazanına düşdü

Göyçayda bədbəxt hadisə - Körpə qaynar süd qazanına düşdü
SOSİAL
11:10 03.03.2018
3894
Göyçay şəhərində 2 yaşlı körpə bədbəxt hadisə nəticəsində ağır xəsarətlər alıb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, valideynlərinin nəzərətindən uzaq olan 2 yaşlı Kazımova Məryəm içərisi qaynar südlə dolu qazana düşüb.

Nəticədə körpə ağır yanıq xəsarətləri alıb. 

Körpə dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bakıdakı Yanıq Mərkəzinə çatdırılıb. Hazırda körpənin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR