Göyçayda nə baş verir?- DİN-dən rəsmi açıqlama

SOSİAL
19:04 15.10.2016
6532
Bu gün bəzi kütləvi informasiya vasitələrində Göyçayda əhalinin yol polisinin fəaliyyətinə etiraz olaraq aksiya keçirməsi, aksiya iştirakçılarının 1 saat yolu bağlaması barədə məlumatlar yayılıb.
 
Bu barədə APA-nın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə yayılan informasiyaların həqiqətə uyğun olmadığını, məsələnin mahiyyətinin qəsdən təhrif olunmuş və şişirdilmiş şəkildə təqdim olunduğunu bildirib. O, qeyd edib ki, respublikamızın hər yerində olduğu kimi, Göyçay rayonunda da yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə mütəmadi olaraq reydlər keçirilir: "Bu rayonda həmin reydlərin keçirilməsini şərtləndirən əsas amillər sırasında son vaxtlar sürücülük hüququ olmayan şəxslər tərəfindən 3 piyadanın ölümü ilə nəticələnən yol qəzasının törədilməsini və Bakı-Yevlax-Şamaxı magistral yolunun üstündə yük avtomobillərinin qanunsuz park edilərək hərəkətə maneçilik törətməsini misal göstərmək olar”.
 
DİN rəsmisi bu yöndə görülən işlər barədə qısa məlumat verib: "Təkcə oktyabr ayının birinci yarısında Göyçay rayonunda yol polisi əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində 313 yol hərəkəti qayda pozuntusu faktı aşkarlanıb. İnzibati məsuliyyətə cəlb olunanlar arasında Bakı-Yevlax-Şamaxı magistral yolunun rayondan keçən hissəsində yük avtomobillərini qanunsuz park edilərək hərəkətin intensivliyinə mane olan 22 sürücü də var. Məhz onların bir qrupunun oktyabrın 15-də səhər sözügedən məkanın kənarına toplaşması adıçəkilən istiqamət üzrə hərəkət intensivliyinin qısamüddətli məhdudlaşdırılmasına səbəb olub. O.Mansurzadə qeyd edib ki, rayonun, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri ictimai diqqəti özlərinə cəlb etmək istəyən həmin şəxslərlə görüşüb, onları narahat edən məsələlərlə maraqlanıblar. Bildirilib ki, yol hərəkəti qaydalarının kobud şəkildə pozulması hallarına qarşı keçirilən reydlər, bu istiqamətdə davam etdirilən digər tədbirlər nəinki onların, ümumilikdə, rayon sakinlərinin təhlükəsizliyinin təmin olunmasına yönəlib. Rayon rəhbərliyinin müvafiq izahatından sonra həmin əraziyə yığışmış şəxslər dağılışıb və məsələ bununla da bitib. İndi rayonda əmin-amanlığı, sabitliyi pozmaqda maraqlı olan bəzi şəxslər məsələnin mahiyyətini qəsdən təhrif edərək onu siyasiləşdirməyə çalışır, Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni təyin olunmuş, əməkdaşlarla birlikdə xidməti vəzifələrini yerinə yetirən rəis barədə böhtan və şantaj xarakterli məlumatlar yaymaqla ümumilikdə polisin rayonda qanunçuluğun daha da möhkəmləndirilməsi, ictimai qaydanın və təhlükəsizliyin etibarlı təmininə hesablanmış gərəkli fəaliyyətinə kölgə salmaq istəyirlər ki, bu da qətiyyən yolverilməzdir.
 
O. Mansurzadə həmçinin bildirib ki, bəzi xəbər saytlarında yol polisi bölməsinin rəisinin vəzifədən azad olunması barədə yaydığı məlumatlar yalandır.







 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb