Göyçayda kişi ögey qızına təcavüz edib? - Polis araşdırmalara BAŞLADI

Göyçayda kişi ögey qızına təcavüz edib? - Polis araşdırmalara BAŞLADI
HADİSƏ
22:06 31.03.2025
302
 
Göyçay rayonunda bir kişinin ögey qızına qarşı zorakılıq etməsi barədə məlumat yayılıb.

AZXEBER.COM "Teleqraf"a istinadən xəbər verir ki, rayon ərazisində 2009-cu il təvəllüdlü qız ögey atasının zorakılığına məruz qalıb. Bununla bağlı yetkinlik yaşına çatmayan qız polisə müraciət edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, müraciət əsasında qeyd olan məsələ ilə bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.

Nəticəsi barədə əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR