Bugün saat 22 radələrində Göyçay şəhəri ərazisinfə Yasin Yaqubov idarə etdiyi "VAZ” markalı avtomobillə piyada, 1989-cu il təvəllüdlü Elman Hüseynovu vurub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AZXEBER.COM-a bildirilib ki, piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.