Göyçayın sabiq icra başçısının köməkçisi apellyasiya şikayəti verib

Göyçayın sabiq icra başçısının köməkçisi apellyasiya şikayəti verib
SOSİAL
18:46 15.03.2023
124
Göyçayın sabiq icra başçısının köməkçisi Vahid İsayev barəsindəki hökmdən narazıdır.

Təqsirləndirilən şəxsin vəkili tərəfindən apellyasiya şikayəti verilib.

Şəki Apellyasiya Məhkəməsinə göndərilən şikayətdə bəraət qərarı çıxarılması istənilib.

Qeyd edək ki, Vahid İsayev Cinayət Məcəlləsinin 178 (dələduzluq) maddəsi ilə təqsirli bilinib, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.
 
///APA 
OXŞAR XƏBƏRLƏR