Bakıda məhbusun yanına gətirilən sovqatın içindən narkotik çıxıb.
AZXEBER.COM-un Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə istinadən verdiyi məlumata görə, keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan Vahid Engilis oğlu Eminovun tanışı, Bakı şəhəri, Q.İlkin küçəsində fərdi evdə yaşayan vətəndaş Zaur Tapdıq oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib.
Baxın zamanı göyəm mürəbbəsinin içərisində gizlədilən, xalis çəkisi 3,748 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
Qeyd edək ki, Vahid Eminov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələrinə əsasən həbs edilib.
Fakt üzrə araşdırma aparılır.
![](/file/pic/xeber/2014-08-20/56452.jpg)
![](/file/pic/xeber/2014-08-20/56455.jpg)