Göygöl RİH yanında İctimai Şuranın üzvləri ilə görüş keçirildi - FOTOLAR

Göygöl RİH yanında İctimai Şuranın üzvləri ilə görüş keçirildi - FOTOLAR
SOSİAL
16:34 30.07.2026
91
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov qurum yanında fəaliyyət göstərəcək İctimai Şuraya seçilmiş üzvlərlə görüş keçirib.

AZXEBER.COM xəbər verir ki, görüş zamanı icra başçısı İctimai Şuranın Rayon İcra Hakimiyyətinin fəaliyyətində ictimai iştirakçılığın təmin edilməsi, qərarların qəbulu zamanı ictimai rəy və vətəndaş maraqlarının nəzərə alınması, eləcə də RİH ilə ictimaiyyət arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyini bildirib.

İctimai Şuranın üzvləri isə Göygöl Rayon İcra Hakimiyyətinin fəaliyyətinin müxtəlif istiqamətlərində fəal iştirak edəcəklərini, "İctimai iştirakçılıq haqqında" Qanunun tələblərinə uyğun fəaliyyət göstərəcəklərini və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini qeyd ediblər.

Sonda İctimai Şuranın üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.

Qeyd edək ki, Göygöl Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər 12 iyun 2026-cı il tarixində keçirilib.
 





OXŞAR XƏBƏRLƏR