Göygöldə 20 Yanvar faciəsinin qurbanları yad edildi - FOTOLAR

Göygöldə 20 Yanvar faciəsinin qurbanları yad edildi - FOTOLAR
SOSİAL
16:30 20.01.2026
101
20 Yanvar faciəsindən otuz altı il ötür.
 
1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu tarix milli müstəqilliyin və azadlıq uğrunda mübarizənin rəmzinə çevrilib. Doğma Vətəninin, xalqının azadlığını uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Qanlı 20 Yanvar faciəsinə yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.
20 Yanvar faciəsinin otuz altıncı ildönümü ilə əlaqədar Göygöldə anım tədbiri keçirilib.
 
Tədbirdə Azərbaycanın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə RİH-nin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, ziyalılar, ictimaiyyət nümayəndələri və sakinlər iştirak edib. Tədbir çərçivəsində şəhidlərin məzarları ziyarət olunub,  xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Respublikamızın hər yerində olduğu kimi Göygöl rayonunda da şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq dövlət bayraqları endirilib, saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillər vasitəsi ilə səs siqnalları verilib.

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR