Göygöldə 38 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb

Göygöldə 38 yaşlı kişini bıçaqlayan şəxs saxlanılıb
SOSİAL
09:16 27.10.2026
194
Göygöldə 38 yaşlı kişini bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb.

Polisin keçirdiyi tədbirlər nəticəsində Elvin Mehdiyev bıçaqla xəsarətdə şübhəli bilinən şəxs Bəhrəm Xıdırov saxlanılıb.

Qeyd edək ki, bıçaqlanma hadisəsi rayon ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin qarşısında baş verib. 1988-ci il təvəllüdlü Elvin Mehdiyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR