27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi - FOTOLAR

27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi - FOTOLAR
SOSİAL
16:23 27.09.2026
136
 27 Sentyabr - Anım Günü ilə bağlı Göygöl rayonunda silsilə tədbirlər həyata keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib və Göygöl şəhər Şəhidlər Xiyabanında Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ümumrayon tədbiri təşkil olunub.
 
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı, Aparatın əməkdaşları, yerli hüququ-mühafizə orqanlarının, YAP və  digər təşkilatların rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər, müharibə iştirakçıları, ağsaqqallar, ziyalılar və rayon ictimaiyyəti  iştirak edib. 

Saat 12:00-da bütün respublika ərazisində olduğu kimi igid  Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyətinin  başçısı Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizə dərin ehtiramını ifadə edərək Müzəffər Ali Baş Komandan, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun 2020-ci ilin 27 sentyabr tarixində Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində qazanılan Şahlı Qələbədən söz açaraq, bu Qələbənin xalqımızın birliyinin, dövlətimizin, Ordumuzun gücünün və qüdrətinin parlaq göstəricisi olduğunu vurğulayıb. 
 
Həmçinin qeyd olunub ki, bu tarixi Zəfərin əldə olunmasında ən böyük fədakarlığı isə şəhidlərimiz göstərdilər, onlar Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəldilər, öz adlarını Azərbaycanın şanlı tarixinə əbədi yazıblar. Şəhidlərimizin qəhrəmanlığı və Vətən sevgisi hər birimiz, xüsusilə gənc nəsil üçün əbədi örnəkdir. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, göstərdikləri şücaət heç vaxt unudulmayacaqdır. 
Sonra Şəhidlərin ruhuna dualar oxunub, məzarları ziyarət olunaraq üzərinə gül dəstələri düzülüb. 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR