Göygöldə avtomobil aşdı: Yaralılar var

Göygöldə avtomobil aşdı: Yaralılar var
SOSİAL
13:22 07.12.2020
422
Göygöl rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, rayonun Topalhəsənli kəndində minik avtomobili aşıb.

Nəticədə, avtomobildə olan 1994-cü il təvəllüdlü Tofiq Yaqub oğlu Nəzərov, 1998-ci il təvəllüdlü Misir Hacıyev və daha bir nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.
OXŞAR XƏBƏRLƏR