Göygöldə avtomobil piyadanı vuraraq öldürüb.
Hadisə Gəncə-Daşkəsən yolunda, Göygöl rayonunda yerləşən mal bazarının yaxınlığında qeydə alınıb.
"VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən 40 yaşlı kişini vurub. Sürücü onu xəstəxanaya apararkən yolda ölüb.
Fakt bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
///APA