Göygöldə bayram tədbiri təşkil olunub - FOTOLAR

Göygöldə bayram tədbiri təşkil olunub - FOTOLAR
SOSİAL
14:39 31.12.2025
144
Göygöldə bayram tədbiri təşkil olunub.

AZXEBER.COM xəbər verir ki, Göygöl Rayon Olimpiya İdman Kompleksində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı, Türkiyənin Gəncədəki Baş konsulu, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat kollektivləri, şəhid ailələri, müharibə iştirakçıları, ağsaqqallar, ziyalılar, rayon ictimaiyyəti iştirak edib.

Tədbiri giriş sözü ilə açan rayon rəhbəri göygöllüləri və rayonumuzun qonaqlarını bayram münasibətilə təbrik edilərək vurğulayıb ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi müasir dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həmrəylik Günü milli birlik, milli-mənəvi dəyərlərimizə hörmətin təcəssümüdür. Əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş xalqımızın inkişaf yolu bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər əldə etdiyimiz tarixi nailiyyətlər başda Müzəffər Ali Baş Komandan olmaqla şəhidlərimizin və qəhrəman Azərbaycan ordusunun  sayəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması - xalqımızın birliyinin və həmrəyliyinin bariz nümunəsidir. Yola saldığımız "Konstitusiya və Suverenlik İli” ölkəmiz üçün mühüm siyasi, iqtisadi və sosial uğurlarla yadda qalmışdır. Qarşıdan gələn "Şəhərsalma və Memarlıq” ilində də dövlətimizin daha da güclənəcəyinə, xalqımızın rifahının daha da yüksələcəyinə əminik.

Tədbirdə Respublikanın tanınmış mədəniyyət və incəsənət  nümayəndələrinin, regionun və rayonun mədəniyyət müəssisələrinin, məktəblilərin iştirakı ilə bədii-musiqili konsert proqramı  təqdim olunub.

Şəhid və müharibə iştirakçılarının övladlarına, tədbirdə iştirak edən uşaqlara bayram hədiyyələri təqdim edilib.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

 


OXŞAR XƏBƏRLƏR